• $
  • €
  • ₽
  • ₺
  • £

İşğaldan azad edilən ərazilərdə turizm necə təşkil ediləcək? - AÇIQLAMA

İşğaldan azad edilən ərazilərdə turizm necə təşkil ediləcək? - AÇIQLAMA
11.01.2021 11:22
"Turizmin paytaxtı Şuşa şəhəri olacaq. Şuşa ilə bağlı detallı planlarımız var”.

Bunu Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Kənan Quluzadə işğaldan azad edilmiş ərazilərdə turizmin təşkili haqqında danışarkən deyib.

O bildirib ki, bu ərazilərdə yaradılacaq klasterlərlə bağlı planlar mövcuddur və işğaldan azad edilmiş ərazilərimizin potensial auditoriyasını özümüz təşkil edəcəyik:

"Bu ərazilərin 10 milyonluq daxili turizm potensialı var. Bundan başqa xaricdə yaşayan Azərbaycanın diaspor nümayəndələrinin də bölgəyə böyük marağı var, hansı ki, bu milyonlarla insan deməkdir. Onlar bizim mədəni paytaxtımız, simvolik Məkkəmizə çevrilmiş Şuşanı görmək istəyəcəklər. Eləcə də, xarici turistlərlə bağlı əlavə kommunikasiya imkanları yaranır. İran turistləri üçün Xudafərin istiqamətindən, Türkiyədən gələn turistlər üçün Naxçıvan üzərindən yeni kommunikasiya vasitələri yaranır”.

K.Quluzadə əlavə edib ki, Cəbrayıl, Füzuli və Ağdam istiqamətində spesifik "qara turizm” təşkil ediləcək:

"Bu, dağıdılmış yerlərin çılpaq göstərilməsi məqsədi daşıyır. Yəni, oradakı məhəllələr və s. dağılmış ərazilər olduğu kimi qalacaq və turistlərə nümayiş etdiriləcək”.

Sektor müdiri qeyd edib ki, Dövlət Turizm Agentliyi pandemiya dövründə qlobal turizmdə 70 faizədək geriləmə, o cümlədən, Azərbaycan turizmində də durğunluq yaranmışdı, lakin, vaksinasiya prosesinin həm dünyada, həm də Azərbaycanda nəticə verəcəyi gözlənilir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol