• $
  • €
  • ₽
  • ₺
  • £

Siyavuş Novruzov: “Əli Kərimlinin interneti ödənişi etmədiyinə görə kəsilib”

Siyavuş Novruzov: “Əli Kərimlinin interneti ödənişi etmədiyinə görə kəsilib”
11.01.2021 13:49
"Keçən ilin iyul ayında Ermənistanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində təxribatından sonra Azərbaycan Ordusuna dəstək aksiyası zamanı parlamentə hücum edən, dağıdıcılıqla məşğul olanların cinayət məsuliyyətinə cəlb olunması bəzi antimilli ünsürlər tərəfindən qərəzli şəkildə şərh olundu. Onlar bunu hətta "İnsan hüquqları pozuntusu” kimi qiymətləndirdilər”.


Anews.az-ın xəbərinə görə. bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.


O bildirib ki, burada məqsəd ölkədə xalq-iqtidar birliyinin üzərinə kölgə salmaq və təxribat vasitəsilə daxili qarşıdurma yaratmaq idi:


"Amma niyyətlərinə çata bilmədilər. O zaman həmin qanun pozuntusuna yol vermiş şəxsləri müdafiə edənlər bu gün ABŞ-da Kapitoliyə hücum edənləri terrorçu adlandırırlar. Və ya Əli Kərimli ödənişini etmədiyinə görə interneti kəsiləndə bunu "ölkədə demokratiya yoxdur” kimi qələmə verənlər Donald Trampın sosial şəbəkələrdə hesablarının bloklanmasını normal qarşıladılar. Bu da radikal ünsürlərin növbəti riyakarlıq nümunəsidir”.


"Sapı özümüzdən olan balta”ların çirkin niyyətləri, antimilli fəaliyyətləri bununla da bitmir. Onlar həmin vaxt tez-tez "payızda hakimiyyətə gələcəyik” fikrini təkrarlayırdılar. Deməli bilirdilər ki, işğalçı Ermənistan sentyabr ayında Azərbaycana qarşı hücuma keçəcək, növbəti təxribat törədəcək. Düşünürdülər ki, AXC-Müsavat hakimiyyəti dövründə olduğu kimi, ölkəmizdə yenə siyasi oyunlar baş verəcək, Ermənistan yeni ərazilərimizi işğal edəcək.
 
Və yaranacaq böhrandan istifadə edib hakimiyyətə gələcəklər. Amma mənfur xislətlərinə uyğun bədbin istəkləri gerçəkləşmədi. Ermənilərlə əlbir hərəkət edən bu antimilli ünsürlər Azərbaycanın möhtəşəm qələbə qazanmasından sonra məyus oldular. Azərbaycan Ordusunun gücünü şübhə altına almağa çalışan, Silahlı Qüvvələrimizə yönəlik böhtan yayan bu antimilli ünsürlərin qarayaxma kampaniyası bu möhtəşəm zəfərin, Azərbaycanın dəmir yumruğunun altında əzildi”, - deputat bildirib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol