• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda 1 dolları bu qiymətə satan şəxs saxlanıldı - VİDEO

Bakıda 1 dolları bu qiymətə satan şəxs saxlanıldı - VİDEO
12.01.2021 14:14
Ölkəmizdə yaradılmış azad  bazar iqtisadiyyatı mühitindən sui-istifadə hallarına yol verən, həmçinin dövlətin ədalətli fiskal siyasətindən şəxsi məqsədləri çərçivəsində yararlanan şəxslərə  qarşı mübarizə istiqamətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Mərkəzi Bankın müraciəti əsasında növbəti əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticədə qanunsuz valyuta mübadiləsi ilə məşğul olmaqda şübhəli bilinən vətəndaş Nemət Məmmədov 40000 (qırx min) ABŞ dollarını 69900 (altmış doqquz min doqquz yüz) manata satan zaman polis əməkdaşları tərəfindən tutulub.
Qeyd edək ki, saxlanılan şəxs 1 ABŞ dollarını rəsmi dövlət məzənnəsindən yuxarı, yəni 1 manat 74 qəpiyə satışa çıxarıb.

Araşdırma zamanı Nemət Məmmədovun sahibkarlıq fəaliyyəti ilə qanunsuz məşğul olması məlum olub və ondan qeyri-qanuni valyuta mübadilələri zamanı istifadə etdiyi maddi sübutlar, külli miqdarda yerli və xarici valyutalar, həmçinin pul vəsaitinin dövriyyəsinə dair qeyd dəftərçələri və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkarlanaraq götürülüb.

Aparılmış əməliyyat-istintaq tədbirləri ilə onun müvafiq dövlət qurumlarından icazə almadan və xüsusi lisenziya əldə etmədən gizli şəkildə müxtəlif xarici valyuta əsginaslarının alqı-satqısı fəaliyyəti ilə məşğul olması və bu yolla külli miqdarda gəlir əldə etməsi sübuta yetirilib.
Saxlanılan şəxsin etdiyi hüquqazidd əməllər barədə qanunamüvafiq tədbirlər görülüb.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol