• $
  • €
  • ₽
  • ₺
  • £

Misir Mərdanova yeni vəzifə verildi

Misir Mərdanova yeni vəzifə verildi
10.06.2014 16:38
Qırğızıstanda (İssık-Kul) Türk Dünyası Riyaziyyat Cəmiyyətinin V konqresi keçirilib. AMEA Riyaziyyat və Mexanika İnstitutunun İctimaiyyətlə əlaqələr bölməsindən ANS PRESS-ə verilən məlumata görə, konqresdə dünyanın 20 ölkəsindən 300-ə yaxın riyaziyyatçı alim iştirak edib.Azərbaycandan Türk Dünyası Riyaziyyat Cəmiyyətinin prezidenti, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov, BDU-nun Tətbiqi Riyaziyyat İnstitutunun direktoru, cəmiyyətin vitse-prezidenti Fikrət Əliyev, həmin institutun professoru, cəmiyyətin idarə heyətinin üzvü Yusif Qasımov, MDU-nun Bakı filialının professoru, idarə heyətinin üzvü Azad Tağızadə və başqaları iştirak ediblər.2011-ci ildə cəmiyyətin Bakıda keçirilən IV konqresində fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov cəmiyyətin prezidenti seçilib. AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov Qırğızıstandakı konfransda cəmiyyətin 3 illik fəaliyyəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Türk Dünyası Riyaziyyat Cəmiyyəti V konqresinin bağlanış iclasında qarşıdan gələn 3 il müddətinə Qırğızıstan Elmlər Akademiyasının akademiki Altay Borubayev cəmiyyətin prezidenti seçilib.-Misir Mərdanov cəmiyyətin Fəxri Prezidenti, akademik Fikrət Əliyev cəmiyyətin vitse-prezidenti, professor Azad Tağızadə və Yusif Qasımov idarə heyətinin üzvü seçilib.-Konqresdə Türk Dünyası Riyaziyyat Cəmiyyətinin növbəti konqresinin 2017-ci ilin yayında Qazaxıstanın Astana şəhərində keçirilməsi qərara alınıb.-Qazaxıstan tərəfinin ayırdığı 10 min ABŞ dolları məbləğində vəsaitin 6 min dolları Türk dünyasının görkəmli riyaziyyatçı alimi kimi akademik Muxtarbay Otelbayevə verilib.-2 min ABŞ dolları məbləğində II mükafat cəmiyyətin “Nəzəri və tətbiqi riyaziyyat “ jurnalının redaksiya heyətinə verilib.-Qalan 2 min ABŞ dollarının isə V konqresin Təşkilat Komitəsinə (Qırğızıstan) verilməsi qərara alınıb.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol