• $
  • €
  • ₽
  • ₺
  • £

AMEA-dan son təyinatlarla bağlı AÇIQLAMA

AMEA-dan son təyinatlarla bağlı AÇIQLAMA
13.01.2021 09:55
Azərbaycan Milli Elmlər Akademiyası aparılan islahatlar, o cümlədən iki birinci vitse-prezident postlarından birinin ixtisar edilməsi ilə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirib.

AMEA-nın bəyanatında bildirilir ki, bəzi KİV-lərdə AMEA-nın iki birinci vitse-prezidenti postlarından birinin ixtisar edilməsi guya akademik İsa Həbibbəylinin və akademik İbrahim Quliyevin vəzifədən uzaqlaşdırlması, "vurulması” kimi şərh olunub. Lakin atılan addım ancaq və ancaq idarəetmənin təkmilləşdirilməsinə və sadələşdirilməsinə xidmət edir:

"AMEA-da iki birinci vitse-prezidentin olması müəyyən çaşqınlıq yaratdığından və koordinasiya prosesində çətinliyə səbəb olduğundan belə bir qərarın qəbuluna zərurət yaranmışdır. Bir daha ictimaiyyətin diqqətinə çatdırırıq ki, həm İsa Həbibbəyli, həm də İbrahim Quliyev AMEA-nın vitse-prezidentləri və Rəyasət Heyətinin üzvləri qismində öz fəaliyyətlərini davam etdirməkdədirlər. Xatırladaq ki, AMEA-da əvvəllər də yalnız bir birinci vitse-prezident postu olub və bu ənənənin bərpası optimallaşma baxımından daha məqsədəuyğundur".

Bəyanatda qeyd edilir ki, Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov və onun müavini akademik Cavad Abdinov işində yol verdikləri nöqsanlara görə işdən azad ediliblər. Lakin aparılmış yoxlama, bəzi şəxslərin şərh etdikləri kimi, qətiyyən akademiklər Nazim Məmmədov və Cavad Abdinovun alim kimi bilik və bacarıqlarının təftişi, qiymətləndirilməsi məqsədinə xidmət etməyib. Hər iki alimin öz sahələrinin peşəkarı olduqları, elm ictimaiyyəti tərəfindən ciddi mütəxəssislər kimi qəbul edildikləri danılmaz həqiqətdir:

"Akademik Nazim Məmmədovun uzun illər Yaponiyada fizika professoru qismində elmi tədqiqat işlərilə məşğul olması, onun məqalələrinin yüksək indeksli, nüfuzlu xarici jurnallarda vaxtaşırı nəşr edilməsi, həmçinin Fizika İnstitutunda son illərdə yetişən bacarıqlı gənc tədqiqatçılar deyilənləri təsdiq edir. Biz öz həmkarlarımızın elmi fəaliyyətini yüksək qiymətləndirir, onların bundan sonra da öz bilik və təcrübələrini Azərbaycan elminin inkişafı naminə sərf edəcəyinə inanırıq. Bir daha ictimaiyyətin diqqətinə çatdırırıq ki, Fizika İnstitutunda ötən ilin 17-25 dekabr tarixlərində aparılan yoxlamalar zamanı aşkara çıxarılmış qüsurlar sırf idarəçilik və maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlıdır. Bu zaman institutun elmi fəaliyyətinin qiymətləndirilməsi yoxlamanın predmeti olmayıb. AMEA-da mütəmadi daxili yoxlamalar yalnız əmək nizam-intizamının tənzimlənməsinə, maliyyə-təsərrüfat və kadr fəaliyyətində yol verilmiş xətaların zamanında aşkarlanıb aradan qaldırılmasına xidmət edir. Yoxlamanı aparan qurumlar istintaq orqanı, Rəyasət Heyəti isə məhkəmə hakimiyyətinin təmsilçisi olmadığından işdən azad edilmiş həmkarlarımızın az qala cinayətkar kimi təqdim olunması yolverilməzdir".

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol