“Nizami”dəki yanğınla bağlı - AÇIQLAMA

Nizami Kino Mərkəzindən yanğın xəbərinə reaksiya gəlib.
“Qafqazinfo”nun məlumatına görə, kinoteatrın yaydığı məlumatda qeyd edilib ki, iyunun 9-da paytaxtın Bəşir Səfəroğlu küçəsi 219-da yerləşən “Bakıelektrikşəbəkəyə” aid elektrik qutularının birində nasazlıq yaranıb və bu, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən dərhal aradan qaldırılıb.
Bu hadisənin Nizami Kino Mərkəzi ilə heç bir əlaqəsi yoxdur. Mərkəz həmişə olduğu kimi, normal iş şəraitində fəaliyyətini davam etdirir və yeni filmlər repertuarı ilə tamaşaçıların ixtiyarındadır.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























