Qanunsuz fəaliyyət göstərən kafe aşkarlandı

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazidə xidmət aparan zaman rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən "Şahmar" kafesini aşkarlayıblar.
Ora baxış zamanı kafenin sahibi və daha 8 müştəri saxlanılaraq Polis Şöbəsinə gətirilib. Müştərilər və obyekt sahibi barəsində inzibati qaydada tədbirlər görülərək hər biri cərimə ediliblər. Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb və onların diqqətinə karantin qaydalarına əməl etməyin vacibliyi bir daha çatdırılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























