• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni yaradılan agentlik KİV-də nə kimi islahatlar aparacaq - Jurnalistlərdən açıqlama

Yeni yaradılan agentlik KİV-də nə kimi islahatlar aparacaq - Jurnalistlərdən açıqlama
13.01.2021 18:30
Prezident İlham Əliyev Azərbaycan Respublikasında "Media sahəsində islahatların dərinləşdirilməsi haqqında" yeni fərman imzalayıb.
 
Həmin fərmanda bildirilir ki, Azərbaycanda cəmiyyət həyatının hər bir sahəsini əhatə edən köklü islahatların həyata keçirildiyi, habelə bütün dünyanı əhatə edən vahid informasiya məkanında yeniliklərin intensiv xarakter aldığı, kommunikasiya vasitələrinin sürətlə inkişaf etdiyi, mütərəqqi texnologiyaların, iş metodlarının tətbiq olunduğu müasir dövrdə media sahəsində keyfiyyət dəyişikliklərinə ehtiyac var.

Bəs görəsən media təmsilçiləri yeni yazılan qanundan nə umur? 

Turan informasiya agentliyinin direktoru Mehman Əliyev bildirir ki, media sahəsində bu vaxta qədər yeridilən dövlət siyasəti səhv  olub.

"Düşünürəm ki, ən başlıca Azərbaycanda azad media anlayışı olmalıdır. Son 15 ildə KİV haqqında qanuna o qədər ağır sərt əlavələr ediblər ki, medianın azadlığı əlindən alınıb. İlk növbədə bu qanunu doğru şəkildə işləyib hazırlamaq lazımdır. Beynəlxalq standartlara uyğun olaraq mediaya qoyulan məhdudiyyətlər aradan qaldırılmalıdır. Yeni yaradılan media agentliyinin hazırladığı qanunlardan xəbərim yoxdur. Amma bu qurum etiraf etməlidir ki, indiyə kimi media siyasətinin səhv olduğunu etiraf etməli və bu yöndə bərpa üçün səylər göstərməlidir”.




Tanınmış jurnalist Arif Əliyevin isə fikrincə, yeni yaradılacaq media agentliyi təkcə qanunvericilikdə nəzərdə tutulan işlərlə məşğul olmamalıdır. Çünki bu qurumun kifayət qədər geniş səlahiyyətləri var. 

"Media haqqında qanunvericiliyin köklü şəkildə yenilənməsinə ehtiyac var. Həmin qanunda təkcə KİV haqqında yox başqa kompleks sənədlər var. Son 5 ildə həmin qanuna xeyli əlavələr olunub. Ən azı media həmin əlavələrdən xilas olmalıdır. Hələki yeni yaradılan agentliyin hazırladığı qanunlar barəsində məlumatlı deyiləm. Hansı yeniliklər gətirəcəyini də deyə bilmərəm. Mütləqdir ki, hansısa istiqamətdə dəyişəcək. Amma bunun hansı istiqamətdə olacağını zaman göstərəcək”. 


"Ayna - Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlı isə hesab edir ki, yeni yaradılacaq agentliyin işi sosial şəbəkələrin tənzimlənməsi ilə də bağlı ola bilər. 

"Müasir dünya üzrə medianın inkişafı üçün ciddi dəyişiliklərə ehtiyac var. Mediada söz, fikir azadlığı üçün şərait yaradılmalıdır ki, jurnalistlər də rahat şəkildə doğru düzgün məlumat hazırlayıb cəmiyyətə ötürə bilsin”.




Jurnalist Qulu Məhərəmli isə bildirir ki, belə bir qanunun qəbul edilməsinə ehtiyac var. 

"KİV haqqında qanun 20 il bundan qabaq qəbul olunub. Amma həmin qanuna o qədər dəyişiliklər aparılıb ki, qanun tanınmaz hala düşüb. Hesab edirəm ki, yeni KİV haqqında qanunun qəbul olunmasını ehtiyac var. Çünki bu dəqiqə elə trendlər, elə anlayışlar, elə ictimai münasibətlər var ki, onlar köhnə qanunda öz əksini tapmayıb. Qanunun olması çox vacibdir". 

Qulu Məhərrəmli onu da əlavə etdi ki, yeni yaradılan media agentliyi də öz növbəsində  Azərbaycanda qeyri medianın və müstəqil jurnalist ordusunun yetişməsinə yardımçı olmalıdır. 

"Biz qəzetlərə, saytlara maliyyə ayıracayıq. Onlar getdikcə daha çox asılı vəziyyətə düşəcək. KİV haqqında qanun işlənib ortaya çıxardılmalıdır. Orda müasir mediada olan problemlərin həlli göstərilməlidir. 

Mütləq şəkildə informasiya əldə etmək üçün qanun olsa da həmin qanun işləmir. Onu yenidən işləmək və  dövriyəyə gətirmək lazımdır. Jurnalistlər rəsmilərdən dövlət qurumlarından normal şəkildə informasiya ala bilməlidir. 

Jurnalistin fəaliyyət azadlığı , onun toxunulmazlığı, peşə fəaliyyətinin icrası zamanı təhlükəsizliyi mütləq şəkildə yeni qanunlarda öz əksini tapmalıdır” – deyə o, qeyd etdi.  





www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol