Deputatdan Mərkəzi Bank üçün tikiləcək 430 milyonluq binaya reaksiya: "Biabırçılıqdır..."

Milli Məclisin deputatı Razi Nurullayev Mərkəzi Bank üçün 430 milyon manat dəyərində yeni inzibati binanın tikilməsinə etiraz edib.
Anews.az xəbər verir ki, o, bu barədə özünün "facebook" profilində yazıb. R. Nurullayev bildirib ki, dövlət qurumları özlərinə rahatlıq yaratmaq və xaricilərin, dünyanın gözündə öyünmək üçün büdcəni, neft pullarını küləyə sovurur, daşa-divara xərcləyir:
"Layihənin dəyəri 218 milyon avrodur, təxminən 430 milyon manat. Bu qədər cəh-cəlala nə ehtiyac var? Özümüzü dünyaya varlı göstərməklə nə varlı oluruq, nə də insanlarımıza ləyaqətli həyat verə bilirik.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























