Bakıda hotelin klubunda kütləvi dava

Bakıda Gürcüstan vətəndaşı döyülüb. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Neftçilər prospekti 133-də - “Park inn” hotelinin 11-ci mərtəbəsində yerləşən “Eleven” klubunda qeydə alınıb. Gürcüstan Respublikasının vətəndaşı, 1980-ci il təvəllüdlü Levan Alvav oğlu Khundadze və Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Roman Andreyeviç Boqdanov klubda olarkən orada işləyən 7 nəfər tərəfindən xuliqanlıq zəminində döyülüb. Faktla bağlı araşdırma aparılır.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























