• $
  • €
  • ₽
  • ₺
  • £

Həbsdəki icra başçılarının övladları niyə vəzifəyə təyin edildi?

Həbsdəki icra başçılarının övladları niyə vəzifəyə təyin edildi?
15.01.2021 09:53
Ötən il Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən icra başçılarının işdən çıxarılan övladlarının bu il başqa vəzifəyə təyin edilməsi ictimaiyyətdə ciddi müzakirələrə səbəb olub. İmişlinin icra başçısı olmuş Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyev və Ağstafa rayon sabiq icra başçısı Nizaməddin Quliyevin oğlu Ramal Quliyev ataları həbs edilərkən Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin müstəntiqləri idilər. Lakin atalarının həbsindən sonra onlar vəzifələrindən çıxarılmışdılar.

Bu yaxınlarda isə baş prokuror Kamran Əliyevin əmri ilə M.Hacıyev Qubadlı rayon prokurorluğunda müstəntiq, R.Quliyev isə Quba prokurorunun köməkçisi təyin edildi.

Vəkil Ceyhun Yusifov "Qafqazinfo”ya açıqlamasında bildirib ki, Prokurorluq haqqında qanuna görə onlar heç vaxt prokurorluq orqanlarından xaric edilməyiblər:

"Hər ikisi prokurorluq orqanlarının sərəncamında qalmışdılar. Onların təyinatı ilə bağlı atılan addımlar da tam qanuni və əsaslıdır. Ümumiyyətlə, bir məsələ unudulur ki, onlar Prokurorluq haqqında qanunun 44-cü maddəsinin təsiri altında düşmür. Yəni, bu hərəkətlər prokurorluq orqanında vəzifəyə təyin edilməmənin tələbləri arasında yoxdur. Azərbaycan Konstitusiyasına görə hər bir vətəndaşın dövlət idarəçiliyində iştirak hüququ var. Digər tərəfdən də təqsirsizlik prezumpsiyası nəzərə alınmalıdır.

Biz hüquqi dövlətdə yaşayırıq, qoşulduğumuz konvensiyalar və Cinayət Məcəlləsinə görə hər kəs öz əməlinə görə özü cavabdehdir. Nə qanun, nə də digər xüsusatlar imkan verir ki, ataya görə oğul məsuliyyət daşısın. Təyinat tam baş prokurorun səlahiyyətində olan məsələdir və burada qanunsuz heç nə yoxdur. Sadəcə ictimaiyyət bu məsələdə yıxılana balta vurmaq prinsipi ilə yanaşdı, bu da doğru mövqe deyil. Hər iki şəxs tam şəkildə ali təhsilli hüquqşünaslardır, amma prokurorluq orqanlarında 9-cu təsnifatda olan vəzifəyə veriliblər. Onlar hər ikisi sərəncamda idi, prokurorluğun əməkdaşları sırasından çıxarılmamışdılar. Sadəcə əvvəl 5-ci və 6-cı təsnifatda idilər, indi 9-cu təsnifatdadılar. Hər bir şəxs öz əməlinə görə özü cavabdeh olmalıdır".

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol