Deputatlarımız DÇ-də hansı komandaya azarkeşlik edəcək? - SORĞU

12 iyuldan etibarən bütün dünyanın gözü XX Dünya Futbol Çempionatı keçirilən Braziliyada olacaq. Möhtəşəm idman bayramı üzərində fikirlər bütün sahənin insanları tərəfindən səslənir. Braziliyada oyunlara hazırlıq, hansı yığmaların finala yüksələcəyi ehtimalı danışılan mövzulardandır. ANS PRESS Azərbaycanın gündəmində daim siyasi arenada adları keçən insanların bu oyunları izləyəcəyi və ümumiyyətlə hansı komandalara azarkeşlik etdiyini öyrənməyə çalışdı. Millət vəkillərimizin məsələyə münasibətində üst-üstə düşən mövqelər olsada çox maraqlı və özünəməxsus cavablar da seçildi. Zahid Oruc- Futbolla bağlı əvvəlki yaşantılarım artıq yoxdurUşaqlıq illərində futbola olan sevgisi daha sonra siyasi karyera həyatı və qayğılarla sıxışdırılmasına hətta bu ilki oyunların Bakı vaxtı ilə gecəyə düşməsinə baxmayaraq millət vəkili Zahid Oruc çempionatı diqqət mərkəzində saxlayacağını bildirdi. “Artıq futbolla bağlı əvvəlki yaşantılarım yoxdur, lakin bir insanın futbol zövqünün olmaması düz deyil. Çempionatda da uşaqlıq illərindən stili və oyunçuların bacarığı ilə məni cəlb edən Braziliya komandasına azarkeşlik edəcəm.Ölkələrində kütləvi aksiyalarla müşahidə olunan çempionatın finalında Braziliya və hansısa avropa komandasının olacağını düşünürəm. İkinci komanda Almaniya və ya Portuqaliya yığmaları da ola bilər”. Azay Quliyev- Təəssüf ki, Türkiyə iştrak etmir Millət vəkili Azay Quliyev məsələyə çox inamlı və lokonik münasibət bildirdi. “Türkiyə iştrak etsəydi böyük məmnuniyətlə Türkiyəyə azarkeşlik edərdim. Hazırda iştrak edən komandalar arasında isə Almaniya, İspaniya, Braziliya komandaları favoritimdir”. Azay Quliyevdə çempionatın finalında Almaniya komandasının Braziliya yığması ilə görüşəcəyinə güman edir.Elmira Axundova- 22 dəli... Millət vəkili Elmira Axundova futbolu sevməsə də, oyun haqqında bir xeyli danışdı. “Ailəmizdə həmişə qardaşım daha çox azarkeşlik edib. Amma mənə futbol deyəndə Arkadi Raykinin “22 dəli düşür bir topun dalınca” deyimi yadıma düşür. Mən idmanı sevən bir insanam. Tennis, üzgüçülük bəyəndiyim idman növlərindəndir. Futbolda isə qadın futbolu olmasına baxmayaraq mən bunu səmimi saymıram və məncə futbol sırf kişi xarakterli onlara məxsus oyundur. Bu ola bilər onların öz enerjisini çıxartmaq üçün yarayır. Futbolla maraqlanmasamda bu il Braziliya kimi futbolun vətəni sayılan bir ölkənin çempionata hazırlıqlı olmaması mənə təəcüblü gəldi”. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























