• $
  • €
  • ₽
  • ₺
  • £

Karantin cərimələri üçün ödənən pul hara xərclənir? - DİN-dən AÇIQLAMA

Karantin cərimələri üçün ödənən pul hara xərclənir? - DİN-dən AÇIQLAMA
15.01.2021 15:59
Daxili İşlər Nazirliyi son günlər polis əməkdaşları karantin rejimini bəhanə edərək insanları kütləvi şəkildə cərimələməsi və heç kimə güzəşt etməməsi barədə sosial şəbəkələrdə yayılan iddialara münasibət bildirib.

DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov "Qafqazinfo”ya açıqlamasında bildirib. O deyib ki, belə iddiaların heç bir əsası yoxdur, kimlərinsə uydurmasıdır:
 
"Vətəndaşlarımız da yaxşı bilirlər ki, koronavirus pandemiyası ilə əlaqədar bir ildir ki, polis əməkdaşları və Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları gücləndirilmiş iş rejimində xidmət göstərərək virusun yayılmasının qarşısını almaq, vətəndaşları bu yoluxucu xəstəliklərdən qorumaq məqsədilə gecə-gündüz nəzarət tədbirləri həyata keçirirlər. Əminliklə deyə bilərəm ki, vətəndaşların böyük əksəriyyəti karantin rejimindən irəli gələn tələb və qaydalara riayət edir.
 
Bununla belə riayət etmək istəməyənlər də olur ki, onlar barəsində qanunvericiliyin tələblərinə uyğun inzibati tədbirlər görülür.

Burada məqsəd kimisə cərimələmək yox, yalnız və yalnız insanların sağlamlığını qorumaqdır. Kimsə karantin rejimi qaydasını pozursa, bu zaman təqsirkar polis deyil, məhz həmin şəxsin özüdür. Təsəvvür edin ki, polisin postlarda, küçədə nəzarət qaydasında yoxladığı insanların təxminən 93 faizi icazəli olur.
 
Müvafiq icazəsi olmadan aşkarlanan 7 faizinin də cəmi 10-20 faizi barədə protokol tərtib edilir. Qalan 80-90 faizinə isə xəbərdarlıq edilərək yaşayış yerinə yola salınır.

Buradan da görünür ki, polisin niyyəti heç də ucdantutma, kütləvi protokol yazmaq deyil, insanların sağlamlıqlarını, təhlükəsizliklərini qorumaq və mühafizə etməkdir.

Onu da bir daha diqqətə çatdırım ki, bu sahədə tətbiq edilən cərimələrdən yığılan vəsait tam olaraq virusa yoluxan vətəndaşların müalicəsinə xərclənir”.   

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol