Bakının bu hissəsi işıqsız qaldı

Bakının Nəsimi rayonunda transformator məntəqəsidə yanğın olub. Bəşir Səfəroğlu küçəsində yerləşən 230 saylı məntəqədə baş verən tüstülənməni görən sakinlər dərhal Fövqəladə Hallar Naziliyinə məlumat veriblər. Bundan sonra əraziyə cəlb olunan Nəsimi rayon dövlət yanğından mühafizə hissəsinin texnika və canlı qüvvəsi transformatorlara baxış keçiriblər. Lakin məntəqədə yüksək gərginliyin olması yanğınsöndürənlərin müxadiləsinə əngəl yaradıb. 10 min kilovatlıq məntəqənin cərəyan şəbəsindən ayrılmasından sonra yanğına müdaxilə olundu.Bundan əlavə hadisə yerinə rayon elektirk şəbəkəsinin əməkdaşları da gəldi. Yanğınsöndürənlər idarə əməkdaşlarının iştirakı ilə məntəqədə olan bütün transformatorlara baxış keçirdilər.Məntəqənin şəbəkədən ayrılması həmin əraziyə enerjinin verilişində məhdudiyyətlərin yaranamasına da səbəb oldu. Hadisəyə səbəb kimi transformatorların həddindən artıq yüklənməsi göstərilir. Amma tam dəqiq səbəblər aparılacaq yoxlamaların sonunda məlum olacaq. //Anspress
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























