• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda vəzifəli şəxs öldü

Azərbaycanda vəzifəli şəxs öldü
18.01.2021 10:35
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) kollektivinə ağır itki üz verib.


Bu barədə ASCO məlumat yayıb.


Təcrübəli kapitan, Dəniz Nəqliyyatı Donanmasının Dəniz üzgüçülüyünün təhlükəsizliyi xidmətinin rəisi Elxan İslam oğlu Hacıyev yanvarın 17-də 59 yaşında vəfat edib.


Elxan Hacıyev 1961-ci il avqustun 3-də Cəbrayıl rayonunun Qumlaq kəndində anadan olub.
Azərbaycan Dövlət Dəniz Akademiyasını bitirib. Dənizçilik fəaliyyətinə 1983-cü ildə matros kimi başlayıb. Sonralar Xəzər Dəniz Gəmiçiliyinin müxtəlif gəmilərində kapitanın üçüncü, ikinci, böyük köməkçisi olub. 2006-ci ildən səfərlərə kapitan kimi çıxıb, sonra bir müddət təlimatçı kapitan işləyib. 2015-ci ildən Dəniz Nəqliyyatı Donanmasının Dəniz üzgüçülüyünün təhlükəsizliyi xidmətinin rəisi təyin olunub.


Elxan Hacıyev işlədiyi illərdə həmişə bacarığı, peşəkarlığı ilə seçilib. Onun fədakar əməyi yüksək qiymətləndirilib. "Tərəqqi” medalı, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub. "Dəniz Donanmasının Fəxri işçisi” adına layiq görülüb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol