Zaqatalada ildırım çaxdı, 70 abonent qazsız qaldı

Zaqatalada qaz xəttini ildırım vurub, 70 abonent qazsız qalıb.
Ötən gecə rayon ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti fəsadlar törədib.
Rayonun Aşağı Tala kəndi ərazisində 70 abonenti qazla təmin edən 76 mm-lik qaz xəttini ildırım vurması nəticəsində yanğın baş verib. Hadisə yerinə cəlb edilən müvafiq qurumlar tərəfindən yanğının qarşısı alınıb. Abonentlərə təbii qazın verilməsi müvəqqəti dayandırılıb.
Ərazidə olan elektrik dirəyini də ildırım vurub. Əraziyə elektrik enerjisinin verilməsində müddətli fasilə yaranıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























