Azərbaycanda işsizlərin sayında növbəti rekord –STATİSTİKA

Bu ilin yanvar ayının 1-nə olan məlumata görə Azərbaycanda 375,9 min nəfər işsiz şəxs olub.
Anews.az-ın açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, ötən ilin ilk 3 ayında Azərbaycanda işsizlərin sayında heç bir dəyişiklik olmayıb. Koronavirus pandemiyasının yayılmağa başladığı mart ayından başlayaraq ölkədə işsizlərin sayında artım qeydə alınıb.
Apardığımız hesablamaya görə, mart ayında ölkədə işsizlərin sayı 3,5 min, aprel ayında 42,7 min, may ayında 7,6 min, iyun ayında 32 min, iyul ayında isə 11,1 min, avqust ayında 5,3 min, sentyabr ayında isə 10,3 min nəfər artıb. Oktyabr ayında işsizlərin sayında 0,7 min nəfər azalma olsa da, noyabr ayında yenidən 1,9 min nəfər artıb. Dekabr ayında isə işsizlərin sayı 10,5 min nəfər artıb

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























