Mədət Quliyev Maarif Bağırovu vəzifəsindən azad etdi

Müdafiə Sənayesi Nazirliyinə məxsus "Xaçmaz Kondensator Zavodu" MMC-nin direktoru Maarif Bağırov vəzifəsindən azad edilib.
Xatırladaq ki, "Xaçmaz Kondensator Zavodu" 1981-ci ildə SSRİ-nin Elektronika Sənayesi Nazirliyinin "Elektrolit” İstehsalat Birliyinin Severo-Zadonsk Kondensator Zavodunun filialı kimi yaradılıb, 1982-ci ildən fəaliyyətə başlayıb. Zavod 1993-cü ildən Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyətini davam etdirib, 2006-cı ildə isə Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilib. Onun nizamnamə kapitalı 15 217 935 manatdır. (Report)
www.anews.az
Anews.az xəbər verir ki, müəssisəyə rəhbərlik Sübhan Süleymanova həvalə olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























