Azərbaycanda zabit kanalda batdı

Sabirabad rayonunda bədbəxt hadisə baş verib.APA-nın məlumatına görə, hadisə Sabirabad rayonunun Qaragüney kəndində qeydə alınıb. Dövlət Sərhəd Xidmətinin zabiti, leytenant Bəxtiyar Fazil oğlu Sevdimalıyev Şirvan kanalına düşərək boğulub. Zabitin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Hələlik zabitin meyitini tapmaq mümkün olmayıb. Dövlət Sərhəd Xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, zabitin axtarışları davam etdirilir. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























