Həyətində narkotik becərib satan şəxsdən XƏBƏR VAR

Narkotik tərkibli bitkiləri aqrotexniki qaydada qulluq edərək yetişdirilməsində təqsirli bilinən Abşeron rayon sakini Elşən Muxtarovun cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Anews.az-ın məlumatına görə, cinayət işi hakim Əhməd Quliyevin icraatındadır. Elşən Muxtarov Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə təqsirli bilinir.
Xatırladaq ki, E.Muxtarov ötən ilin sentyabr ayında Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Onun üzərində şəxsi axtarış aparılan zaman 15 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilib. Elşən Muxtarovun Qobu qəsəbəsindəki evinə baxış zamanı əlavə olaraq 2 kiloqram 800 qram qurudulmuş marixuana və həyətində kultivasiya yolu ilə yetişdirdiyi yaş halda çəkisi 9 kiloqram yaxın olan 8 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri satmaq məqsədi ilə əkdiyini bildirib.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib