• $
  • €
  • ₽
  • ₺
  • £

“AzerGold” Yaponiya korporasiyası ilə əməkdaşlığa açıqdır

“AzerGold” Yaponiya korporasiyası ilə əməkdaşlığa açıqdır
22.01.2021 14:41
"AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Yaponiyanın ölkəmizdəki yeni səfiri ilə Cuniçi Vada ilə görüşüb. 

Bu barədə "AzerGold” Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib.

Səfirliyin iki ölkə arasında bir çox istiqamətlərdə mövcud əməkdaşlığın güclənməsində xidmətlərini xüsusi vurğulayan sədr, diplomatik fəaliyyətində səfirə uğurlar arzulayıb. Ölkəmizdə fəaliyyətə başlamasından məmnun olduğunu bildirən diplomat Azərbaycan-Yaponiya iqtisadi münasibətlərinin inkişafı, xüsusilə dağ-mədən sahəsində əməkdaşlığın qurulmasında səylərini əsirgəməyəcəyini qeyd edib.

Səfir Cuniçi Vada Yaponiyanın Neft, Qaz və Metallar üzrə Milli Korporasiyası JOGMEC-in fəaliyyəti haqqında danışaraq, sözügedən şirkətin neft və təbii qaz təminatı ilə yanaşı əlvan metal və mineral ehtiyatların tədarükü sahəsində ixtisaslaşdığını və bu sektorda Yaponiyanı uğurla təmsil etdiyini bildirib. Görüşdə sözügedən şirkətlə potensial əməkdaşlıq perspektivləri,  təcrübə mübadiləsi, dağ-mədən sənayesinə investisiya qoyuluşlarının cəlb edilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər haqqında ətraflı fikir mübadiləsi aparılıb.

Səfir investisiya qoyuluşu ilə yanaşı, daha bir perspektivli məsələnin Yaponiyada dağ-mədən sahəsində istifadə olunan müasir texnoloji həllərin və ən qabaqcıl innovativ modellərinin Azərbaycanda tətbiq edilməsinin ola biləcəyini bildirib. Z.İbrahimov öz növbəsində, yataqlarla bağlı məlumatların rəqəmsallaşdırılması prosesində faydalı ola biləcək, o cümlədən, yataqların geoloji kəşfiyyatdan istismaradək tələb olunan müddətin azalmasına şərait yaradacaq innovativ təşəbbüslərə Cəmiyyətin açıq olduğunu diqqətə çatdırıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol