• $
  • €
  • ₽
  • ₺
  • £

“Mozart” limana daxil olan kimi azərbaycanlının cənazəsi Vətəninə göndəriləcək”

“Mozart” limana daxil olan kimi azərbaycanlının cənazəsi Vətəninə göndəriləcək”
24.01.2021 15:18
Rəsmi Ankara "Mozart” konteyner gəmisinin heyətinin üzvü olan Türkiyə vətəndaşlarının quldurların əsirliyindən azad edilməsi üçün bir sıra ölkələrlə bütün lazımi danışıqlar aparır.

Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu "NTV” telekanalının efirində bildirib.

Nazir qeyd edib ki, Nigeriyada hücuma məruz qalmış gəmi hazırda Qabonun ərazi sularında yerləşir.
Çavuşoğlu xatırladıb ki, "Mozart” xarici gəmi sahibinə məxsusdur, lakin onun ekipajı Türkiyə şirkəti tərəfindən verilib.
"Yəni gəmi Türkiyə şirkətinə məxsus deyil. Ekipaj üzvlərinin 19-u etnik türklər, biri Azərbaycan vətəndaşıdır. Sonuncu təəssüf ki, həlak olub”, - nazir deyib.
Çavuşoğlu bildirib ki, azərbaycanlı həmkarı Ceyhun Bayramovla sözügedən insidenti müzakirə edib.
"Ölənin meyiti Türkiyə vasitəsilə Azərbaycana gətiriləcək. Hər iki ölkənin XİN və konsulluq şöbələri məsələ üzərində işləyirlər”, - deyə nazir qeyd edib.
Onun sözlərinə görə, "Mozart” gəmisi Qabon limanına daxil olan kimi azərbaycanlı mühəndis Fərman İsmayılovun cənazəsinin Vətəninə göndərilməsi istiqamətində tədbirlər görüləcək.

Qeyd edək ki, dəniz quldurları 19 ekipaj üzvündən 15-ni girov götürüb. Qarşıdurmada 1 azərbaycanlı həlak olub. Hazırda gəmidə üç ekipaj üzvü var.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol