• $
  • €
  • ₽
  • ₺
  • £

Bu qaydanı pozan sürücülərə qarşı cəzalar sərtləşdirilir - VİDEO

Bu qaydanı pozan sürücülərə qarşı cəzalar sərtləşdirilir - VİDEO
25.01.2021 09:34
Avtomobili sərxoş halda idarə edənlərə qarşı cəzalar daha da sərtləşdirilir. Bu məsələ İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Hazırda qüvvədə olan qanunvericiliyə görə sürücü sərxoş vəziyyətdə avtomobil idarə edərsə, ona 400 manat və 5 bal cərimə yazılır, yaxud da onun sürücülük hüququ 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılır.

Yeni təklifə əsasən isə həmin xətanın törədilməsinə görə cərimə balı 10 bala qaldırılır, pul cəriməsi isə 400 manat olaraq qalır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, bu sanskaiya sürücülərin məsuliyyətini artıracaq.

Yəni bu o deməkdir ki, il ərzində iki dəfə sərxoş vəziyyətdə aşkar edilən şəxs, sərxoşluğa görə yazılan cərimədən sonra avtomatik 20 bal toplamış sayılır. Bu zaman sürücülük hüququndan birmənalı şəkildə məhrum ediləcək. Qaydalara ediləcək dəyşiklikdən sürücülər də razıdırlar. Xüsusən də təcrübəsi daha çox olanlar.

Ərşad Hüseynovun sözlərinə görə İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə qeyd edilir ki, sərxoş olduğu halda sürücü müayinədən boyun qaçırarsa, ilk dəfə aşkar edildiyində 400 manat və 10 bal cərimə olunacaq. Hansı ki, əvvəlki qaydada bu 400 manat və 5 bal idi.

Təklif edilən dəyişiklikdən biri də yol polisinin sürücüyə qayda pozduğu halda yerində yazdığı protokolun qüvvəyə minməsi ilə bağlıdır. Hazırki qaydalara görə yolda xəta törədən sürücü polisə etiraz etsə də, patrul əməkdaşı ona protokol yazaraq müəyyən məbləğdə cərimə edirdi. Amma yeni qaydada bu belə olmayacaq.

Ekspert vurğulayıb ki, qayda pozan sürücünün razılığının yerində ifadə edilməsi və bununla da mübahisə ilə bağlı işin məzmununun daha aydın olmasına nail olmaqdır. //xezerxeber.az
 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol