• $
  • €
  • ₽
  • ₺
  • £

Kəlbəcər təhvil verilməmiş ora yardım apardığını deyən şəxs həbs edildi

Kəlbəcər təhvil verilməmiş ora yardım apardığını deyən şəxs həbs edildi
25.01.2021 11:42

DİN Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov "Qafqazinfo”ya açıqlamasında bildirib ki, həmin şəxs açıq formada yalan danışmaqla polisə böhtan atır: "Bəzi sosial şəbəkələrdə Şəmkir rayon sakininin guya Kəlbəcər rayonundan qayıdarkən pandemiya qaydalarını pozduğu üçün Şəmkir RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz saxlanıldığı və digər həqiqətə uyğun olmayan və böhtan xarakterli məlumat ötürülüb.

Araşdırmalarla müəyyən edilib ki, həmin məlumatı sosial şəbəkələrə ötürən, Şəmkir rayonunda fəaliyyət göstərən "Qala” restoranının sahibi Tural Zeynalov ötən il noyabr ayının 1-də axşam saatlarında işlətdiyi restorandan çıxıb axtarışda olan 99-PC-390 nömrəli avtomobil ilə hərəkətdə olan zaman saxlanılıb.

O polisin qanuni tələblərinə tabe olmayaraq ictimai qaydanı və hərbi rejim qaydalarını kobud surətdə pozaraq avtoxuliqanlıq hərəkətləri ilə ictimai asayişi nümayişkaranə şəkildə pozub.

Buna görə də T.Zeynalov barəsində  İnzibati Xətalar Məcəlləsinin 510,  511.1, 517-2.1 və 535.1 maddələri ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə T.Zeynalov 15 sutka inzibati həbs edilib. Rayon məhkəməsində T. Zeynalov verdiyi izahatı bir daha təsdiq edərək, törətdiyi əməllərdən səmimi peşman olduğunu bildirib.

Lakin sosial şəbəkələrdə gedən məlumatda həmin şəxsin Kəlbəcər rayonundan gəldiyini bildirsə də Kəlbəcər rayonunun noyabrın 1-də deyil, noyabrın 25-də işğaldan azad edildiyini nəzərə alsaq sosial şəbəkələrdə yayılan iddiaların əsassıs və şantaj xarakterli olduğu aydın görsənir.

Bundan başqa T. Zeynalov işlətdiyi Qala restoranında pandemiya dövründə qadağan olunmasına baxmayaraq dəfələrlə toy mərasimi keçirməyə cəhd etmiş, lakin RPŞ-nin əməkdaşları tərəfindən qanunvericiliyə uyğun tədbirlər görülüb.

Eyni zamanda qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Daxili İşlər Orqanlarının əməkdaşları istər koronavirus pandemiyası dövründə istərsə də 44 günlük Böyük Vətən müharibəsi dövründə layiqincə ictimai aşayişi təmin etmiş, cinayətkarlıq mübarizə aparmış və bundan sonra da bu tədbirləri davam etdirəcəkdir. Bu cür böhtan xarakterli iddialarla polisin nüfuzuna kölgə salmağa cəhd edən qüvvələr bilməlidir ki, həmişə olduğu kimi Daxili İşlər Orqanlarının prinsipial mövqeləri ilə üzbəüz dayanacaqlar”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol