• $
  • €
  • ₽
  • ₺
  • £

Çimərlik mövsümünə start verildi

Çimərlik mövsümünə start verildi
08.06.2014 16:00

İyunun 8-də Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin (DSXX) Buzovna xilasetmə məntəqəsində 2014-cü il yay çimərlik mövsümünün açılışı ilə bağlı mərasim keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, mərasimdə Fövqəladə Hallar Nazirliyinin və digər əlaqədar təşkilatların nümayəndələri iştirak ediblər.

Əvvəlcə mərasim iştirakçıları DSXX-nın su nəqliyyat vasitələri, xilasetmə texnikaları və avadanlığı ilə tanış olublar.

Tədbirdə bildirilib ki, çimərliklərdə və kütləvi istirahət yerlərində insanların sularda təhlükəsizliyinin təmin olunması qarşıya əsas vəzifə kimi qoyulub. Çimərliklərdə insanların rahatlığı və təhlükəsizliyi ilə bağlı ciddi tədbirlər görülür. 

Çimərlik mövsümü başlayanda vətəndaşlarla maarifləndirmə işləri aparılır. Müasir texnika və avadanlıqla təchiz olunmuş xidmət tərəfindən rəsmi çimərliklərdə xəbərdaredici, maarifləndirici, məlumatlandırıcı dəmir lövhələr quraşdırılıb. Eyni zamanda, vətəndaşlara özlərinin və doğmalarının təhlükəsizliyi naminə rəsmi çimərliklərdən istifadə etmələri tövsiyə olunur.

Qeyd olunub ki, çimərlik mövsümündə baş verə biləcək xoşagəlməz halların və bədbəxt hadisələrin qarşısının alınması məqsədilə çimərliklərdə xilasedicilərin işləmələri üçün hər cür şərait yaradılıb.

Tədbirdə xilasedicilər suda boğulanların xilası və ilk yardımın göstərilməsi bacarıqlarını nümayiş etdiriblər.

Qafqazinfo

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol