• $
  • €
  • ₽
  • ₺
  • £

"Rus sülhməramlıları öz səlahiyyətlərindən başqa hər iş görür" - Millət vəkili

"Rus sülhməramlıları öz səlahiyyətlərindən  başqa hər iş görür" - Millət vəkili
26.01.2021 12:27
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə yerləşdirilən Rusiya sülhməramlıları ərazidəki müdafiə-müşahidə məntəqələrində müntəzəm olaraq antiterror təlimlər keçirirlər, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.

Rus sülhməramlıların 2 bundan qabaq ay gəlməsinə baxmayaraq artııq bir neçə dəfə belə  təlimlər keçirilib. 


Hərbi ekspert Ədalət Verdiyevin sözlərinə görə, təlim elə bir prosesdir ki, o daim davamlı keçirilməlidir. 

"Təlimlər hər bir ordunun bir həyat tərzidir. Orduda təlim prosesi heç bir zaman dayanmır, heç bir halda fasilə verilmir. Qarabağda antirerror əməliyyatlara dair sülhməramlıların təlimlər keçməsi narahat verici məsələ deyil. Əsas narahat edən məsələ odur ki, belə bir təlimlər keçən sülhməramlılar nədənsə bəyanatın 4-cü bəndində göstərilən şərtlərin yəni Qarabağ ərazisinə daxil olmaları ilə bərabər erməni silahlı terorçuları  çıxarılması funksiyası yerinə yetirmir. Ümid edək bu təlimlərdən sonra ciddi vərdişlər əldə edən sülhməramlıllar nəhayət ki, öz funksiyalarını tam həcmdə yerinə yetirməyə başlayacaqlar”. 


Ekspert Ramil Məmmədli isə hesab edir  ki, rus sülhməramlıları hərbi təlimlər keçirtməzdən öncə Azərbaycan dövlətinə bu barədə məlumat verir. 


"Sülhməramlıların təlim keçməsinə bir neçə istiqamətdən baxmaq lazımdır. Təbii ki, onlar da hərbi birləşmədir və onlar davamlı olaraq öz xidmətlərinə uyğun olaraq təlimlər keçməlidirlər. Hesab edirəm ki, Azərbaycan dövlətinə bildirilərək bu təlimlər keçirilir. Ərazinin relyefinə uyğun olaraq xidmət aparılmasının təkmilləşdirilməsi məqsədi daşıyır. Bununla bağlı müəyyən məsələlər meydana çıxa bilər. Bunu normal qəbul etmək lazımdır”- deyə o, bildirib.


Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı hesab edir ki, sülhməramlılar öz səlahiyətlərindən başqa bütün işləri görürlər.

"Sülhmərallıların beynəlxalq təcrübəsi var. Bunlardan biri hərbi proseslərə müdaxilə etməkdir.Sülhməramlılar əslində tərəflər arasında münaqişə yarandığı zaman müdaxilə edərək sülh yaradan tərəfdir. Azərbaycanda fəaliyyət göstərən sülhməramlıların səlahiyyəti müəyyən olunmadığına görə, onlar demək olar ki, öz funksiyalarından başqa hər şey edirlər. Erməniləri Laçın kolidorundan keçirirlər, noyabr ayının 10-da imzalanmış bəyanətə görə sülhməramlı qüvvələrin yerləşməsi orda hərbi qüvvələrin Ermənistanın və Qondarma Dağlıq Qarabağın hərbi dəstələrinin tərkisilah edilməsini təmin etmək idisə sülhməramlılar hələki bu prosesi həyata keçirtmirlər. Rusiyanın rəsmi şəxsləri dövlət səviyyəsində Azərbaycanın ərazisində humanitar mərkəz yaradıblar. Bir sıra ciddi qurumları bu mərkəzə daxil olub. FHN, Xarici İşlər Nazirliyi digər nazirliklər və qurumlar guya onlara tibbi yardım göstərirlər, mənzillərlə təmin edirlər, köçürmə məsələlərini öz üzərin götürürlər, avtobusları İrəvana göndərib onları pulsuz daşıyırlar. Amma əslində bu onların funksiyasına daxil deyil”. 

Deputat bu məsələyə son qoymağa çağırdı. 

"Vəziyyət bu şəkildə davam edə bilməz. Sülhməramlılar öz funksiyasından kənara çıxmalı, özlərini buranın sahibi kimi göstərməlidirlər. Çünki bu ərazilər Azərbaycanın tarixi ərazisidir. Putin də bunu dəfələrlə deyib. Prosesi izləyirik.Hər halda bu məsələlər yaxın bir ayda öz həlllini tapacaq”. 

Son olaraq deputat onu qeyd edib ki, əgər rus sülhməramlıları Qarabağda antiterror əməliyyat keçirdirsə o zaman onlar Qarabağda gizlənən erməni silahlı terorçuları da tərkisilah etməlidir. Əgər təlimlərin nəticəsi budursa biz sadəcə bunu alqışlaya bilərik. Yox əgər Azərbaycanın suverenliyinə xələl gətirəcəksə biz buna etirazımısı bildirəcəyik".
 
Azərbaycan Müdafiə Nazirliyindən məsələyə münasibət bildirmək istəmədilər. 


Gülnar Nazımqızı 



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol