• $
  • €
  • ₽
  • ₺
  • £

Xəzərdə “after şok”lar gözlənilir

Xəzərdə “after şok”lar gözlənilir
07.06.2014 14:14
Qurban Yetirmişli: “Hazırda zəlzələ ocağında sakitlikdir və proses dayanıb”

Respublika Seysmoloji Xidmət Mərkəzi son günlər Xəzər dənizində baş verən zəlzələlərin səbəblərinə aydınlıq gətirib. RSXM-in baş direktoru Qurban Yetirmişli APA-ya açıqlamasında bildirib ki, Abşeron və Bakını əhatə edən zəlzələ ocaqlarının hamısı Xəzər dənizində yerləşir. Onun sözlərinə görə, Xəzər dənizində zəlzələ baş verdikdə, bu, Bakıda və Abşeronda hiss olunur. Q.Yetirmişli qeyd edib ki, Xəzərdə müəyyən hərəkətlər var və müxtəlif dövrlərdə aktivləşmə baş verir. Onun sözlərinə görə, bir neçə gündür Xəzərdə müxtəlif ballarda zəlzələ baş verir: “Bunların hamısı bu gün səhər qeydə alınan güclü zəlzələdən öncə olan “for şok”lar idi. İndi baş verən əsas zəlzələ “şok” oldu. Bundan sonra da “after şok”ların olması gözlənilir. Bu cür güclü təkandan sonra “after şok”lar olmalıdır. Bir dəfə sınıb dağılmaqla məsələ bitmir, hərəkət ola bilsin qırılıb düşsün, müəyyən qanadlarda parçalanma getsin. “After şok”lar da müəyyən ölçüdə - az və ya çox ola bilər. Hər halda proses özünü göstərəcək”. RSXM-in baş direktoru vurğulayıb ki, hazırda zəlzələ ocağında sakitlikdir və proses dayanıb. Ocaqda baş verən hərəkətlərin araşdırılacağını deyən Q.Yetirmişlinin sözlərinə görə, zəlzələ ocağı dərinlikdə olduğu üçün qorxusu yoxdur. Xəzərdə aktivləşmənin olduğu və mütəmadi olaraq zəlzələlərin  baş verdiyini deyən Q.Yetirmişli qeyd edib ki, dənizdəki məlum zəlzələ ocağı “Azəri-Çıraq Günəşli” neft yataqlarının yerləşdiyi sahəyə yaxın ərazidədir: “Hətta keçən il Xəzərdə 1 ay ərzində baş verən 36 təkanın səbəbləri araşdırılıb. BP nümayəndələri ilə söhbət zamanı bildirilib ki, zəlzələlər nəticəsində yataqlarda neft debiti aşağı düşüb. Çünki hər bir zəlzələdə parçalanma gedir. Bəzən qırılma neft yataqlarının arasından keçir və zəlzələ baş verəndə, orada parçalanma olur. Hər bir qırılmada neft axını da parçalanmalar istiqamətində debiti aşağı sala bilər”. Qeyd edək ki, bu gün saat  11:05-də Xəzər dənizində zəlzələ qeydə alınıb. Yeraltı təkanın maqnitudası 5.6 bal, dərinliyi 61 km olub. Zəlzələ Bakıda 3 bal gücündə hiss olunub.ANN.Az 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol