Azərbaycan Körfəz və Avropa ölkələrinə pomidor ixrac etmək niyyətindədir

"Pomidor istehsalçılarımız üçün yeni ixrac bazarlarının qurulması istiqamətində işlər aparılır”.
Onun sözlərinə görə, pomidor ixracı ilə bağlı Avropa və Körfəz ölkələri nəzərdən keçirilir: "Körfəz ölkələrinə ixrac üçün sahibkarların "Qlobal Gab” sertifikatı əldə etməlidirlər. Bu istiqamətdə artıq işlərə başlanılıb”.
Y.Abdullayev əlavə edib ki, pomidor istehsalı ilə məşğul olan bəzi xırda müəssisələrin korporativləşməsi istiqamətində də işlər həyata keçirilir.
Xatırladaq ki, Azərbaycanın pomidor ixracında əsas üstünlüyü Rusiya bazarıdır. Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti Azərbaycanın daha 5 pomidor istehsalçısına ölkəyə məhsul ixracı ilə bağlı qadağa qoyub. Həmin şirkətlər "Binə Aqro” QSC, "Aqro-Favorit”, "Agroterm” və "Xızı Aqropark” MMC-lər, eləcə də fiziki şəxs Vilayət Rüstəm oğlu Məmmədovdur.
Bu istehsalçıların məhsulunda təhlükəli zərərvericilər aşkar olunduğu bildirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























