• $
  • €
  • ₽
  • ₺
  • £

Xırdalandakı partlayışda zərər çəkmiş sakinlərlə görüş keçirildi - FOTO

Xırdalandakı partlayışda zərər çəkmiş sakinlərlə görüş keçirildi - FOTO
28.01.2021 17:52
Abşeron Rayon İcra Hakimiyyətində bu ilin yanvarın 25-də Xırdalan şəhərinin 27-ci məhəlləsində baş vermiş partlayış nəticəsində yararsız vəziyyətə düşmüş 1 B saylı binanın sakinləri ilə görüş keçirilib.


Anews.az xəbər verir ki, Görüşdə RİH başçısı İradə Gülməmmədova və Prezident Administrasiyasının məsul işçisi Habil Əzməmmədov iştirak edib. Bu barədə RİH-in mətbuat katibi Seymur Qasımov məlumat verib. O bildirib ki, görüşdə İ.Gülməmmədova baş vermiş hadisədə dünyalarını dəyişənlərə allahdan rəhmət, xəsarət alanlara isə şəfa diləyib. İcra başçısı qeyd edib ki, məsələ Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın nəzarətindədir. Zərər görmüş 41 ailənin kirayə evlərlə təmin edildiyini deyən İ.Gülməmmədova vurğulayıb ki, hazırda Fövqəlada Hallar Nazirliyinin əməkdaşları tərəfindən tərəfindən dəymiş ziyan və binanın dayanıqlığı ilə bağlı araşdırma aparılıb. Zərər dəymiş mənzillərə baxış keçirildiyini, müvafiq aktların tərtib edildiyini deyən İ.Gülməmmədova araşdırmanın nəticəsində binanın təmir olunacağı istiqamətində qərar veriləcək. 


Prezident Administrasiyasının məsul işçisi Habil Əzməmmədov da məsələnin dövlətin diqqətində olduğunu qeyd edərək deyib ki, zərər görmüş sakinlərin kirayə evlərdə yerləşdirilməsi birinci növbədə görülməsi vacib olan məqamdır. Qış ayı olması və havaların soyuq keçməsi səbəbindən sakinlər dərhal  normal şəraitli kirayə mənzillərlə təmin edilib. Onun sözlərinə görə, FHN-nin verəcəyi  qərardan asılı olaraq aparılacaq təmir işləri də surətli şəkildə həyata keçiriləcək. 
 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol