• $
  • €
  • ₽
  • ₺
  • £

Əhaliyə xəbərdarlıq

Əhaliyə xəbərdarlıq
07.06.2014 12:37
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidməti (DSXX) çimərlik mövsümü ilə bağlı vətəndaşlara xəbərdarlıq edib. Bunu DSXX-nın Təbliğat və təşkilat sektorunun müdiri Mansur Piriyev deyib ki, ötən il Xidmət tərəfindən rəsmi çimərliklərdə 550 xəbərdaredici, maarifləndirici, məlumatlandırıcı dəmir lövhələr quraşdırılıb: "Bu lövhələrdə yerin quruluşu, daşlı və ya qumlu olması, suyun dərinliyi və s. ilə bağlı məlumatlar verilir. Bundan əlavə 600-yə yaxın suyadavamlı maarifləndirici plakatlar çap olunaraq çimərliklərdə və çimərliyə gedən yolların üzərində quraşdırılır. Qeyri-çimərlik ərazilərində və ya çimərliyin qadağan olunduğu yerlərə gəlincə, əldə olunmuş razılığa görə, artıq rayon icra hakimiyyətləri və yerli bələdiyyələr tərəfindən həmin yerlərdə insanları maarifləndirmək üçün lövhələrin quraşdırılmasına başlanacaq". Sektor müdiri vətəndaşlara müraciət edərək, onlara rəsmi çimərliklərdə istirahət etmələrini tövsiyə edib: "Bütün rəsmi çimərliklərdəki xilasetmə məntəqələrində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası (BŞTTTYS) ilə birgə iş sayəsində hər gün səhər saat 9:00-dan axşam saat 9:00-dək "Təcili Tibbi Yardım" maşınları olur. Ona görə də insanlara müraciət edərək bildiririk ki, rəsmi çimərliklərdə çimsinlər. Bu, onların təhlükəsizlikləri üçün vacibdir. Təbii ki, qeyri-çimərlik ərazilərində də hər hansı hadisə baş verdikdə dərhal ən yaxın məntəqədən xilasedicilərlə yanaşı həmin "Təcili Tibbi Yardım" maşınları da hadisə yerinə göndərilir. Bununla belə vətəndaşlara özlərinin və dorğmalarının təhlükəsizliyi naminə rəsmi çimərliklərdən istifadə etmələri tövsiyə olunur". Qeyd edək ki, Azərbaycanda çimərlik mövsümünə rəsmən iyunun 8-dən etibarən start veriləcək. Ölkə üzrə rəsmi çimərliklərdə fəaliyyət göstərən DSXX-nin 42 struktur bölməsi isə artıq mayın 23-dən başlayaraq gücləndirilmiş iş rejiminə keçib  /Trend/ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol