• $
  • €
  • ₽
  • ₺
  • £

Cəlilabadda dərman növbəsi - VİDEO

Cəlilabadda dərman növbəsi - VİDEO
28.01.2021 19:13
Cəlilabadda xəstəxanada şəkərli diabetdən əziyyət çəkən insanlara hörmətsizlik olunması ilə bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb.

Görüntülərdən aydın olur ki, şəkərli diabet xəstələri Cəlilabad Müalicə Diaqnostika Mərkəzindən dərmanlarını götürməyə gəliblər. Lakin karantin olmasına baxmayaraq, onlar arasında növbə gözlənilmir. Hər kəs bir pəncərədən, növbəsiz qəbul edilir. Xəstələr narazılıq edirlər ki, dərman almaq üçün əvvəlcədən növbə yazılmalı və ya xidmət başqa formada təşkil olunmalıdır. 

"Qafqazinfo” məsələ ilə bağlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının (MRX) direktoru Elnur Azadxanovla əlaqə saxlayıb. Direktor müşahidə olunan vəziyyət barədə açıqlama verib: 

"Cəlilabad rayonu üzrə 4 000 yaxın şəkərli diabet xəstəsi var. Onlara hər ayın sonuncu həftəsi şəkər dərmanları paylanır. Xəstələrdən 2800-ə yaxın insan kənd əhalisidir. Onların diabet dərmanları kənd tibb məntəqələrinə verilir və evlərinə paylanılır. Cəlilabad MRX "COVID-19” xəstəxanası olduğundan, rayon əhalisinə dərmanlar müvəqqəti yerləşdiyimiz Cəlilabad Müalicə Diaqnostika Mərkəzində verilir. Onlara qabaqcadan məlumat verilir ki, hər ayın axırıncı həftəsi müraciət edib dərmanlarını alsınlar. Reseptləri yazılır, əvvəlcədən apteklərə təhvil verilir. Sadəcə, insanlar özləri orada növbəni qurmalıdırlar”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol