ETSN rəsmisindən sürüşmə ilə bağlı AÇIQLAMA

Sürüşmə diliminin minimal hündürlüyü 90 santimetrdir.
O bildirib ki, mütəxəssislər hazırda hadisə yerində ilkin müşahidələr aparırlar:
"Sağ yamacda çox böyük bir süxur kütləsi aşağı sürüşüb, sürüşmə diliminin minimal hündürlüyü 90 santimetrdir.
Yolun aşağı sol sahilində tikilmiş restoran binasının qarşısında bəzi dağıntılar baş verib. İlkin müşahidələrə görə, yamacın Badamdar massivi hissəsində qoruyucu divarlar da böyük kütlənin təsiri ilə artıq dayanıqlılığını itirib və aşağı sürüşüb. Süxurlar göründüyü qədəri ilə islanmış süxurlardır.
İlkin ehtimallara əsasən deyə bilərəm ki, süxur kütləsinin altında su sızması müşahidə olunmaqdadır”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























