• $
  • €
  • ₽
  • ₺
  • £

Sürücü mikroavtobusu polislərin üzərinə sürdü - VİDEO

Sürücü mikroavtobusu polislərin üzərinə sürdü - VİDEO
29.01.2021 10:21
Azərbaycanda qanunsuz sərnişindaşıma ilə məşğul olan şəxs həbs edilib.

Yanvarın 28-də 90-UD-678 dövlət nişanlı "Mercedes Sprinter” markalı mikroavtobusun sürücüsü nəzərədə tutulan saydan artıq sərnişinlə Bakı-Qazax yolu ilə Qazax istiqamətinə hərəkətdə olub.

Qaradağ rayonu ərazisində yerləşən polis postunda Baş Dövlət Yol Polisi (DYP) İdarəsi əmkdaşları tərəfindən mikroavtobusun sürücüsünə "saxla” əmri verilib. Lakin o, polisin əmrinə tabe olmayıb.

Daha sonra həmin mikroavtobusun sürücüsünə "Nəvai" postu ərazisində DYP əmkdaşları tərəfindən "saxla” əmri verilib. O, yenə də polisin əmrinə tabe olmayaraq, mikroavtobusu onların üzərinə sürərək yoluna davam edib.

Kürdəmir rayonu ərazisində yerləşən polis postunda DYP əməkdaşları tərəfindən yenə də mikroavtobusun sürücüsünə "saxla” əmri verilib. Həmin vaxt o, yenə də polisə tabe olmaq istəməyib və mikroavtobusdan düşərək qaçmağa cəhd edib. Sürücü polisləri təhdid edərək özünə qəsd edəcəyini bildirib. Buna baxmayaraq, DYP əməkdaşları sürücünü saxlayıb və o, Rayon Polis Şöbəsi əməkdaşlarına təhvil verilib.

Araşdırma zamanı məlum olub ki, mikroavtobusun sürücüsü Tərtər rayon sakini, 1997-ci il təvəllüdlü Kərimli Mətləb Teymur oğludur.

O da məlum olub ki, onun mikroavtobusu idarə etmək üçün nə D katiqoriyası, nə də etibarnaməsi olmayıb. Mikroavtobus M.Kərimlinin atası Teymur Kərimliyə məxsusdur. Hüququ olmadığı şəxsə avtomobil verdiyinə görə, T.Kərimliyə də protokol tərtib edilib.

Kürdəmir Rayon Məhkəməsi polisə tabe olmadığı üçün M.Kərimliyə 7 sutka həbs qərarı çıxarıb. (report)


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol