Polisdən ƏMƏLİYYAT: SAXLANILAN VAR

Polis əməliyyatlar keçirib, 13 kiloqram narkotik aşkarlanıb.
Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Q.Vəliyev Suraxanı rayonu ərazisində tutulub.
Şəxsi axtarış zamanı 60 qramdan artıq heroin aşkar edilib.
Davam etdirilən tədbirlərlə onun Qaraçuxur qəsəbəsindəki mənzilinə baxış zamanı isə 9 kiloqramdan artıq heroin, 1 kiloqram 880 qram metamfetamin, 525 qram tiryək, 1 kiloqram həşiş, 1900 ədəd metadon həbi və 3 ədəd elektron tərəzi götürülüb.
Bundan başqa, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının digər keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş A.Babayev Nərimanov rayonu ərazisində saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 20 qramdan artıq heroin aşkar edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























