• $
  • €
  • ₽
  • ₺
  • £

“Bakı Metropoliteni” maşinist axtarır

“Bakı Metropoliteni” maşinist axtarır
29.01.2021 20:00
"Bakı Metropoliteni" QSC hərəkət qatarlarının maşinisti peşəsi üzrə namizədlərin seçimini həyata keçirir.


Bu barədə Anews.az-a qurumun mətbuat xidmətindən məlumat verilib.


Məlumata görə, seçimdə iştirak etmək istəyən namizədə dair bir sıra tələblər qoyulub.


Belə ki, metro qatarını idarə etmək istəyən şəxs 24-30 yaş arasında olan kişi və qadın, ali texniki və orta texniki təhsilli, ilk peşə ixtisaslı olmalıdır.


Bundan əlavə kişi namizədlər hərbi biletə (yararlılıq kateqoriyası ilə) malik olmalıdır.


Seçim məntiq testi, müsahibə və psixoloji testlərin keçirilməsi yolu ilə aparılacaq. Uyğun namizədlər tibbi yoxlamadan sonra tədris prosesinə qatılacaqlar. Tədris həm nəzəri, həm də praktiki hissələrdən ibarət olmaqla 5–6 ay davam edəcək. İmtahanlar həm nəzəri, həm də praktiki məşğələlər üzrə keçiriləcək.


İddiaçılar "Bakı Metropoliteni”nin internet səhifəsinin "Karyera və əməkdaşlıq” bölməsinə daxil olaraq, "Bizdə iş” yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar. Ərizə forması doldurularkən bir məqama xüsusi diqqət olunmalıdır: elektron müraciətdə, iddia etdiyiniz peşə kimi "MAŞİNİST” peşəsi mütləq qaydada göstərilməlidir.


Elektron ərizələr 1-15 fevral arasında qəbul ediləcək.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol