Qaz sayğacları abonentin istəyinə əsasən quraşdırılacaq

"Azəriqaz” İstehsalat Birliyi fevral ayının 1-dən etibarən yeni növ əvvəlcədən ödənişli Almaniya istehsalı olan "Zenner” markalı sayğacların quraşdırılmasına başlayır.
Qurumdan Anews.az-a verilən məlumata görə, artıq bu sayğaclardan 30 min ədədi ölkəyə gətirilib.
Sabahdan etibarən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təyin etdiyi mövcud qaydalara uyğun olaraq sayğac əvəzlənmələri zamanı yeni sayğaclardan istifadə ediləcək.
Şöbə rəisi Rövşən Məhyəddinovun sözlərinə görə, ilk dəfə olaraq əvvəlcədən ödənişli qaz sayğaclarının proqram təminatı mövcud yerli proqram təminatına inteqrasiya olunub. O, həmçinin qeyd edir ki, istifadəsində olan mexaniki-elektron sayğacın sərfiyyatı çox qeydə aldığını iddia edən bir qrup abonent üçün də yeni əvvəlcədən ödənişli sayğaclar quraşdırılacaq. Ümumiyyətlə, sayğac əvəzlənməsi zamanı seçim abonentin ixtiyarına buraxılacaq. Onun istəyindən aslı olaraq ya mexaniki-elektron, ya da əvvəlcədən ödənişli sayğac quraşdırılacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























