• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gün yollarda olan sıxlığın səbəbi bilindi - Vaqif Əsədov AÇIQLADI

Bu gün yollarda olan sıxlığın səbəbi bilindi - Vaqif Əsədov AÇIQLADI
01.02.2021 16:41
"Bu gündən etibarən bəzi iş və xidmət sahələrinin, o cümlədən məktəblərdə tədrisin bərpa olunması şəhər yollarında yenidən sıxlığa səbəb olub". 

Anews.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin qərarı ilə yumuşalmalara gedilməsi paytaxda nəqliyyat vasitələrinin hərəkətində  intensivliyin yüksəlməsinə gətirib çıxarıb:

"Bu gün, xüsusilə paytaxtın "20 Yanvar”, "Şamaxinka”, "Tbilisi prospekti” və "Şimal qapısı” adlanan ərazilərindən mərkəzə doğru güclü sıxlıq müşahidə olunub.

Rəsmi statistikaya görə, hər 4 avtomobildən biri sözügedən ərazilərdə ən azı bir dəqiqə saxlayaraq sərnişinlərin düşməsini gözləyir. Bundan başqa, vətəndaşların piyada keçidlərindən istifadə etməməsi də yollarda sıxlıq yaradan səbəblərdəndir.”

Qrum rəsmisi, həmçinin məktəblərin açılmasl ilə bağlı valideynlərə müraciət edərək tədris müssələrinin qarşısında sıxlıq yaratmamağa çağırıb:

"Bəzi valideynlər avtomobili uyğunsuz yerdə saxlayaraq süni sıxlığın yaranmasına şərait yaradırlar. Aparılan müşahidələr onu göstərir ki, bir sürücünün yolun hərəkət hissəsində və yaxud ikinci cərgədə icazə verilməyən sahədə 30 saniyə dayanması bir istiqamətli iki hərəkət zolağı olan yolda daralmaya və 60-a yaxın sürücünün 5-7 dəqiqə ünvana gecikməsinə səbəb olur. Dayanma-durma qaydalarına əməl edilməsi bu gün ən prioritet məsələlərdən biridir. Buna görə də, bütün valideynlərdən bir daha xahiş edirik ki, tədris müəssələrinin yaxınlığında dayanma-durma qaydalarına əməl etsinlər.”

Vaqif Əsədov son olaraq qeyd edib ki, bu gün yol polisi tərəfindən sıxlıq müşahidə olunan ərazilərdə hərəkətin davamlı tənzimlənməsi üçün işlər görülüb. Bütün bu işlər yol polisi və digər polislər tərəfindən davam etdirilir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol