• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda Facebook cinayəti

Azərbaycanda Facebook cinayəti
29.05.2020 06:03
Mingəçevir şəhərində qətl hadisəsi törədən şəxs tutulub.Şəhər Polis Şöbəsindən verilən məlumata görə, 1987-ci il təvəllüdlü Quliyev Tural Vidadi oğlunu Hacıqabul şəhərinin M.Ə.Rəsulzadə küçəsindəki 2 saylı mənzildə yaşayan 1991-ci il təvəllüdlü Dadaşov Bəhram Akif oğlu qətlə yetirib.Onun facebook sosial şəbəkəsində tanış olduğu Tural Quliyevi öldürməsinin səbəbi də məlum olub. Məlumata görə, Tural Quliyev facebookda qız adı ilə qeydiyyatdan keçib və tanış olduğu Bəhram Dadaşovla bir müddət mobil telefonla qız səsi ilə danışıb və onu görüşmək üçün Mingəçevirə dəvət edib. Bəhram Dadaşov iyunun 2-də Mingəçevirə gedərək görmək istədiyi şəxsin qız yox, oğlan olduğunu bilərək əsəbiləşib və Tural Quliyevlə mübahisə edib. Aralarında baş verən dava zamanı Bəhram Dadaşov Tural Quliyevi qətlə yetirib.Faktla bağlı Mingəçevir şəhər Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır. Qeyd edək ki, iyunun 2-də şəhərin Təbriz küçəsi 50/2 ünvanında yaşayan, 1987-ci il təvəllüdlü Quliyev Tural Vidadi oğlunun evində meyiti tapılıb.Qonşular hadisə barədə şəhər Polis Şöbəsinə məlumat veriblər. Məlum olub ki, Tural Quliyev aldığı bir neçə bıçaq xəsarətindən dünyasını dəyişib.//APA
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol