Azərbaycanda 58.3% insan peyvənddən sonra mənfi təsir olacağını düşünür - SORĞU

Azərbaycanda COVID-19 virusu əleyhinə vaksinasiya proqramına 18 Yanvar 2021-ci il tarixdən başlanılıb. İlkin mərhələdə bir sıra sahələrdə çalışanlara və risk qrupuna aid əhaliyə peyvənd vurulması nəzərdə tutulur. Həm Sosial Tədqiqatlar Mərkəzi tərəfindən 2020-ci ilin dekabr ayında keçirilən sorğu, həm də müşahidələr cəmiyyətdə peyvəndə dair müxtəlif fikirlərin olduğunu göstərir. Vaksinə dair birmənalı ictimai mövqenin olmaması kütləvi vaksinasiyanın qısa zaman ərzində uğurlu icras;na dair müəyyən fərqli fikirlər yarada bilər.
STM tərəfindən il ərzində müəyyən intervalla aparılması planlaşdırılan təkrar tədqiqatın məqsədi bir neçə istiqamət üzrə dinamikanı ölçməkdir: əhalinin peyvəndə və peyvənd proqramına münasibəti; əhalinin peyvəndlər barədə məlumatlılığı; əhalinin səhiyyə sisteminə etibarı; əhalinin COVID-19-a dair narahatlıq və qorxu səviyyəsi; COVID-19-a yoluxan respondentlərin təcrübəsi və üzləşdikləri problemlər.
Tədqiqat Bakı, Abşeron və 7 iqtisadi rayon üzrə (Gəncə-Qazax, Şəki-Zaqatala, Lənkəran, Quba-Xaçmaz, Aran, Dağlıq Şirvan, Yuxarı Qarabağ) şəhər, rayon və kənd əhalisi arasında telefonla aparılıb. Sorğuda təsadüfi üsulla seçilmiş 1200 respondent iştirak edib. Respondentlərlə müsahibələr 2021-ci ilin 22-24 yanvar tarixlərində aparılıb.
Respondenlərin 92.0%-nin yanvarın 18-dən etibarən COVID-19 virusu əleyhinə vaksinlərin Azərbaycanda da vurulmağa başlanması haqqında məlumatı var.
İnsanların COVID-19 əleyhinə vaksinlərlə bağlı məlumatları aldıqları iki əsas mənbə: yerli televiziyalar (67.3%) və sosial şəbəkələrdir (43.2%).
Respondentlərin 18.3%-i yaxın müddətdə, bir o qədər respondent də (18.5%) müəyyən müddətdən sonra COVID-19 virusu əleyhinə peyvənd olunmağı düşünür. Ümumilikdə 41.3% respondent peyvənd olunmağı düşünmür (müvafiq olaraq, 10.8% "yaxın müddətdə düşünmürəm”, 30.5% ümumiyyətlə düşünmürəm). Demək olar ki, hər beş respondentdən biri (21.9%) peyvənd vurdurmaqla bağlı qərarsızdır.
Respondentlərin -i peyvənd olunacağı təqdirdə bunun mənfi təsirinin olacağını düşünür.
Kişilərin 45.0%-i, qadınların isə 28.0%-i yaxın gələcəkdə və ya bir müddət sonra vaksin vurdurmaq istəyir.
COVID-19 virusu əleyhinə peyvənd olunmağı düşünən respondentlər əsas səbəb kimi, pandemiyadan yeganə çıxış yolunun vaksinasiya olduğunu (62.7%), risk qrupuna daxil olduğunu (15.8%), işini (13.1) göstərmişdir.
COVID-19 virusu əleyhinə peyvənd vurdurmaq istəməyən respondentləri bir neçə məsələ narahat edir. Belə ki, respondentlərin 46.5%-i vaksinin əks təsirlərindən qorxduğu üçün, vaksinin keyfiyyətinə güvənmədiyi üçün (25.3%), vaksin hələ yeni olduğundan vurulan insanlara təsirini bilmədiyi üçün (17.3%) peyvənd olunmaq istəmirlər. Həmçinin, 15.4% respondent hazırkı sağlamlıq durumunun imkan vermədiyinə görə, 10.3% isə COVID-19 səbəbindən ağır xəstələnmə riski altında olan insanlara aid olmadığını düşündüyünə görə peyvənd olunmaq istəmir.
Respondentlərin yarısından çoxu (52.2%) COVID-19-a yoluxmaqdan heç qorxmadığını, 27.2%-i isə az qorxduğunu bildirib. Cəmi 20.7% respondent COVID-19-a yoluxmaqdan çox qorxur.
COVID-19-a yoluxmaqdan qorxmayanlar keçmiş aylarla müqayisədə artdığı halda, çox qorxanlar azalıb. 2020-ci ilin aprel ayında STM tərəfindən aparılmış sorğuda respondentlərin əhəmiyyətli hissəsi (44.9%) COVID-19-a yoluxmaqdan heç qorxmadığını qeyd etdiyi halda, 25.0%-i çox qorxduğunu, 27.5%-i isə az qorxduğunu bildirmişdi.
Ölkəmizdə vəzifəli şəxslərin peyvənd edilməsinin insanların peyvəndin keyfiyyətinə olan etibarına o qədər də təsir etmir. Belə ki, respondentlərin 29.8%-i vəzifəli şəxslərin peyvənd edilməsinin onların inamına müsbət təsir etdiyini bildirsələr də, ümumilikdə 54.1% heç bir təsirin olmadığını bildirmişdir (müvafiq olaraq 19.3% "xeyr, heç bir təsir etmir, etibarım yüksəkdi”, 34.8% "xeyr, heç bir təsir etmir, etibarım aşağıdır”). 8.3% respondentin isə bu haqda məlumatı yoxdur.
IV. COVID-19 təcrübəsi
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























