Qaxda mağazadan oğurluq edən şəxslər saxlanıldı

Qax Rayon Polis Şöbəsinə rayonun Qıpçaq kəndində yerləşən mağazadan naməlum şəxslər tərəfindən pul, spirtli və enerji içkiləri, telefon danışıq kartları, siqaret və yuyucu tozları oğurlanması barədə müraciət daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Anews.az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Qıpçaq kənd sakinləri olan üç yeniyetmə saxlanılıb. Onlar törətdikləri cinayət əməlini etiraf edib və oğurladıqlarının bir qismi həmin şəxslərdən maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib