Rusiya daha 12 Azərbaycan şirkətinə pomidor qadağasını GÖTÜRDÜ

Rusiya Federasiyası Baytarlıq və Fitosanitar Nəzarət üçün Federal Xidməti (Rosselxoznadzor) daha 12 Azərbaycan müəssisəsindən pomidor idxalına icazə verib.
Anews.az xəbər verir ki, bu barədə "Rosselxoznadzor”un yaydığı məlumatda bildirilir.
Belə ki, fevral ayının 5-dən etibarən 12 Azərbaycan müəssisəsindən Rusiyaya pomidor idxalına icazə verilib.
"Rosselxoznadzor” tərəfindən bitki mənşəli məhsulların tədarükü ilə bağlı mövcud məhdudlaşdırmaların aradan qaldırılması məqsədi ilə Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə birlikdə Azərbaycan müəssisələrində məhsulunun güvəyə yoluxmaması üçün video yoxlamalar aparır.
Yanvarın 14-dən 29-na kimi müəssisələrdən götürülən nümunələrin fitosanitar ekspertizasının mənfi nəticəsi nəzərə alınaraq, fevralın 5-dən etibarən "Rosselxoznadzor” AQTA-nın zəmanəti altında Azərbaycandan pomidor idxalına icazə verib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























