Bakıda silahlı şəxs tutuldu

Bakıda silahlı şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Anews.az-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Binə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Azad İsmayılovun qəsəbə ərazisindəki dəmir yolu stansiyasının platformasının altında gizlətdiyi nömrəsi silinmiş "AK” markalı silah, 1 ədəd patron darağı və 8 ədəd patron aşkar edilərək götürülüb.
A. İsmayılov barəsində 3-cü Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib