• $
  • €
  • ₽
  • ₺
  • £

Mikayıl Cabbarov: "Hazırda SOCAR yeni inkişaf dövrünə qədəm qoyur"

Mikayıl Cabbarov: "Hazırda SOCAR yeni inkişaf dövrünə qədəm qoyur"
04.02.2021 14:02
Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında” 23 yanvar 2021-ci il tarixli Fərmanına əsasən yaradılmış Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının ilk iclası keçirilib.

Anews.az SOCAR-a istinadən xəbər verir ki, Müşahidə Şurasının sədri, İqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi ilə videoformatda keçirilən iclasda Şuranın üzvləri, Dövlət Neft Şirkətinin rəhbər şəxsləri iştirak ediblər.

İlk olaraq Dövlət Neft Şirkətinin Müşahidə Şurasının sədri və üzvləri göstərilən etimada görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Müşahidə Şurasının sədri vurğulayıb ki, hazırda Dövlət Neft Şirkəti yeni inkişaf dövrünə qədəm qoyur. Dövlət başçısının Fərmanı ilə yaradılmış Müşahidə Şurası qabaqcıl təcrübə və müasir idarəetmə tələbləri çərçivəsində Dövlət Neft Şirkətinin fəaliyyətində səmərəliliyi artırmaq, onun idarə edilməsini müasir korporativ idarəetmə standartları nəzərə alınmaqla təkmilləşdirmək istiqamətində fəaliyyət göstərəcək. Müşahidə Şurası Dövlət Neft Şirkətinin İdarə Heyəti ilə əməkdaşlıq müstəvisində çalışacaqdır.

İclasda Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə həyata keçiriləcək tədbirlər, Dövlət Neft Şirkətinin korporativ idarəetmə sisteminin prinsipləri, Müşahidə Şurasının fəaliyyətinin təşkili, şirkətin idarə olunmasında Azərbaycan İnvestisiya Holdinqinin rolu və digər məsələlərlə bağlı müzakirələr aparılıb.




www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol