• $
  • €
  • ₽
  • ₺
  • £

Əfqan Sadıqov 93 sutkadır qida qəbul etmir -Vəziyyəti ağırdır

Əfqan Sadıqov 93 sutkadır qida qəbul etmir -Vəziyyəti ağırdır
04.02.2021 15:16
"Azel.tv" saytının rəhbəri, 93 sutkadır ki, qida qəbulundan imtina edən Əfqan Sadıqov ağır vəziyyətdədir. Bu barədə onun xanımı Sevinc Sadıqova bildirib. Fevralın 3-də o, Penitensiar Xidmətin müalicə müəssisəsində həyat yoldaşı ilə görüşüb.

"Əfqanın vəziyyəti ağır olaraq qalır. Onu görüşə əlil arabasında gətirdilər. Əlləri çox əsir. Təzyiqi çox aşağıdır. Boru vasitəsilə məcburi qidalandırırlar. Həkimlər deyirlər ki, bu üsulla uzunmüddətli qidalanma ölümcül təhlükəli ola bilər. Eyni zamanda sistem qoşublar. Əfqan qida qəbulundan imtina edir, çünki onun barəsində ədalətsiz hökmə etiraz etmək üçün başqa yolu yoxdur. O deyib ki, sona qədər mübarizə aparacaq", - S.Sadıqova Turan agentliyinə bildirib.

Onun sözlərinə görə, müxtəlif instansiyalara, o cümlədən ombudsmana müraciətlər nəticəsiz qalıb.

Qeyd edək ki, "Azel. TV” saytının rəhbəri Əfqan Sadıqov ötən ilin mayında hədə yolu ilə tələb etmə ittihamı ilə həbs edilib. Noyabrın 3-də məhkəmə onu yeddi il müddətinə azadlıqdan məhrum edib. O, hökmü ədalətsiz hesab edərək noyabrın 4-dən etiraz əlaməti olaraq aclıq elan edib. Yanvarın 28-də Apellyasiya Məhkəməsi cəza müddətini 6 ilədək azaldıb.

Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. (Turan.az)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol