Moskva- Bakı aviareysini “Aeroflot” yerinə yetirəcək

Rusiyanın "Aeroflot” aviaşirkəti Moskva- Bakı- Moskva marşrutu üzrə xüsusi reyslərin yerinə yetirilməsinə başlayır ("Şeremetyevo” hava limanı).
Heydər Əliyev Beynəlxalq Aeroportundan Anews.az-a verilən məlumata görə, uçuşlar həftədə iki dəfə - birinci və dördüncü günlər həyata keçiriləcək.
Bundan əlavə, fevralın 17-dən etibarən həmçinin Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakı-Moskva-Bakı marşrutu üzrə xüsusi reyslər həyata keçirməyə başlayır. Uçuşlar həftədə iki dəfə - çərşənbə və bazar günləri "Domodedovo” hava limanına yerinə yetiriləcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























