• $
  • €
  • ₽
  • ₺
  • £

Döyülən jurnalistin məhkəməsinin tarixi uzadıldı - VİDEO

Döyülən jurnalistin məhkəməsinin tarixi uzadıldı - VİDEO
05.02.2021 14:09
Martın 18-də Gəncə Apellasiya Məhkəməsində Anews.az-ın bölgə müxbiri Zaur Qənbərovun apellasiya şikayəti üzrə ilk iclası keçiriləcək, bu barədə jurnalistin vəkili Cavad Cavadov məlumat verib. Cavad Cavadov həmçinin söyləyib ki, məhkəmənin tatixi barədə qərar fevralın 4-də keçirilən hazırlıq iclasında verilib. 

Zaur Qənbərov ötən il oktyabrın 29-da Gədəbəy Rayon Məhkəməsi tərəfindən 3il 6 ay azadlıqdan məhrum edilib.
O, Cinayət Məcəlləsinin xuliqanlıq etməni nəzərdə tutan  221.3 maddəsi ilə ittiham olunur.

Jurnalistin iddiasına görə, həbs edilməsinin səbəbi Gədəbəy rayonu məmurları haqqında yazdığı araşdırma məqalələridir. 
 
Cavad Cavadovun sözlərinə görə hazırlıq iclasında jurnalist Zaur Qənbərovun hüquqları pozulub. Belə ki, jurnalist məhkəmə prosesində dəmir qəfəslikdə saxlanılıb və bu İnsan Hüquqları və Avropa Məhkəməsi Konvensiyasının 3-cü maddəsinə ziddir.
 
"Hazırlıq məhkəməsində biz həbs qəti imkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatət qaldırdıq. Həmçinin apellasiya baxışını qismən məhkəmə istintaqı ilə aparılmasını da xahiş etdik. Məhkəmə ekspertizanın təyin edilməsini istəsək də məhkəmə vəsatətlərimizi təmin etmədi", deyə vəkil əlavə edib. 
 
Cavad Cavadovun sözlərinə görə, məhkəmə apellasiya şikayətinə baxışı martın 18-ə deyil, daha yaxın zamana sala bilərdi. Vəkil bunu jurnalistə qarşı qərəzli münasibət kimi dəyərləndirir.
 
Jurnalist Zaur Qənbərov 44 günlük müharibə şəraitində həbs edilib. Jurnalist müharibədə iştirak üçün könüllü müraciət etsə də onun müraciəti qəbul edilməyib. Ümid edirik ki, ölkə başçısı ölkədə jurnalistlərə qarşı olan diqqəti nəzərə alıb bu məsələnin obyektiv həllində lazım olan qurumlara tapşırıq verəcək.
 
Gülnar Nazimqızı 
Video: Samirə Əliyeva


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol