• $
  • €
  • ₽
  • ₺
  • £

Abşeronda aksizsiz tütün məmulatları aşkar olundu

Abşeronda aksizsiz tütün məmulatları aşkar olundu
05.02.2021 13:22
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən vergi ödəyicisi Abbasov Xəzər Natiq oğlunun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi-Fatmayi yolu ünvanda yerləşən "Xəzər market”də operativ vergi nəzarəti tədbiri həyata keçirilib.

Dövlət Vergi Xidmətindən  Anews.az-a verilən məlumata görə, tədbir zamanı obyektdə külli miqdarda – dəyəri 14,4 min manat olan 7 min qutu aksiz markası ilə markalanmalı olan, lakin həmin markalarla markalanmayan tütün məmulatları aşkar edilib.

Müəyyən olunmuş faktlar protokollaşdırılıb və vergi ödəyicisi barəsində materiallar hüquqi qiymət verilməsi üçün Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və Təhqiqat idarəsinə təqdim olunub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vətəndaşlara bir daha müraciət edərək bildirir ki, aksiz markası ilə markalanmalı olan, lakin həmin markalarla markalanmayan tütün məmulatlarının istehsalı, satışı və saxlanması ilə məşğul olan şəxslər barəsində qanunvericiliyə uyğun olaraq məsuliyyət tədbirləri görüləcək.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol