• $
  • €
  • ₽
  • ₺
  • £

Azad edilmiş ərazilərə qanunsuz daxil olan şəxslərə cinayət işi açıldı

Azad edilmiş ərazilərə qanunsuz daxil olan şəxslərə cinayət işi açıldı
05.02.2021 16:47
Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində rayonun işğaldan azad edilmiş ərazilərinə gizli yollarla daxil olmağa çalışan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb ediliblər.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Anews.az-a verilən məlumata görə, fevral ayının 4-də Tərtər RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində rayon sakinləri Şəhriyar Mahmudov, qardaşı Bəxtiyar Mahmudov, eləcə də, Orxan Məmmədov və Dağıstan Şahvələdovla birlikdə işğaldan azad edilmiş Suqovuşan və Talış kəndlərinin ərazisinə gizli yollarla daxil olsalar da, polis əməkdaşları tərəfindən müəyyən ediliblər.

Saxlanılarkən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmadıqlarına görə B.Mahmudov, O.Məmmədov və D.Şahvələdovun barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək baxılması üçün Tərtər rayon məhkəməsinə göndərilib və hər biri 200 manat miqdarında cərimə edilib.

Ş.Mahmudov barəsində isə Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə cinayət işi başlanılıb.

Faktla bağlı Tərtər RPŞ-də araşdırmalar davam etdirilir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol