Azərbaycanda baş verən cinayətlərin STATİSTİKASI

Ötən il əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyektləri üzrə 26004 (2019-cu il ilə müqayisədə -668 fakt və ya -2,5%) cinayət qeydə alınıb.
Anews.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən bildirilib.
Məlumata görə, onların 24566 və ya 94,5%-i daxili işlər və prokurorluq orqanları tərəfindən ibtidai araşdırılması aparılan hüquqazidd əməllər olub.
Bu hüquqpozmaların 86,7% böyük ictimai təhlükə törətməyən (6853) və az ağır (14450), 13,3%-ni (3263) ağır və xüsusilə ağır cinayətlər təşkil edib.
Daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayətlərin 85,5%, insan alveri ilə bağlı cinayətlərin 98,9%, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaların 98,6% (o cümlədən ölümlə nəticələnən yol-nəqliyyat hadisələri ilə bağlı cinayətlərin 98,1%), qaçaqmalçılıq cinayətlərinin 97,2%, xuliqanlıqların 97,0%, qəsdən sağlamlığa ağır zərər vurma və zorlamaların 96,3%, dələduzluqların 94,5%, qəsdən adam öldürmələrin 94,0%, narkotik vasitələrlə bağlı cinayətlərin 92,9%, quldurluqların 92,2%, hədə-qorxu ilə tələb etmələrin 91,3%, mənimsəmə və israf etmələrin 82,8%-nin açılması təmin edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























