Cəbrayılda 3 nəfər minaya düşüb - 1-nin meyiti tapılıb

Cəbrayıl rayonunun işğaldan azad edilmiş Nüzgar kəndində Füzuli rayon sakinləri minaya düşərək dünyalarını dəyişib.
"Fevralın 4-də Füzuli rayon sakini Şahin Quliyev Füzuli rayon polis şöbəsinə müraciət edərək qardaşı Mehman Quliyevin, rayon sakinləri İlqar Əhmədovun və Müstəqim Ələsgərovun itkin düşmələri barədə məlumat verib.
Məlumat əsasında aparılmış ilkin araşdırmalarla fevralın 7-də İlqar Əhmədova məxsus "VAZ 2106” markalı 99 NH 623 dövlət qeydiyyat nişanlı avtomobilin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Nüzgar kəndi ərazisində tank əleyhinə minaya düşərək partlaması müəyyən olunub.
Faktla bağlı rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı həmin ərazidə 1988-ci il təvəllüdlü Mehman Quliyevin meyiti aşkar edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























